Elçin Səfərli - İşarələri dərk edirikmi?
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

Dəqiq elmlər Allahın işarələri olduğu aydındır. Bütün ilahi kitabları Rəbbimiz  peğəmbərlər vasitəsilə nazil etmişdir. Elmlər isə akademik, professor, səyyah, tədqiqatçı və b. bu kimi şəxslərə nazil olmuşdur. Gözlə görünən hər şey, hətda, gözün özü belə işarədir. Ancaq insan bunu dərk etmək istəmir.

Coğrafiya elminə nəzər salsaq görərik ki, Uca Allah bu elmi başdan-başa insanlara işarə verib. Eratosfen, Strabon, Ptolomey, Bruni, N. Tusi və b. dahi insanlara fəhj olunan coğrafiya Allahın qüdrətini, hər şeyə qadir olmasının əyani sübutudur.

Allah-təala dağları yazadıb. Dağlar litosfer və okean tavalarının toqquşma sərhədində əmələ gəlir. Dünyanın ən hündür zirvəsi Comolunqma – Everest (8850 m) olan dağın zirvəsinə qalxdıqca yağıntının miqdarı artır. Ancaq Talış dağlarının zirvəsinə qalxdıqca  əksinə yağıntının miqdarı azalır. Bu müqaisənin özü Allahdan ismarıcdır. Yüksəkliyə doğru yağıntının artması Allahı dərk etmək, insanın ali məqama çatmasına, kamilləşməsinə işarədir. Yağıntının yüksəkliyə doğru azalması isə insanın uçuruma addım-addım yaxınlaşmasıdır.

Hər dağın öz zirvəsi, öz xüsusiyyətləri olduğu kimi insanında Rəbbi qarşısında öz dərəcəsi var. Antarktidanın Vilson zirvəsi (5140) metrdə buzla örtülü olduğu halda, Avrasiyada Comolunqma (8848) metrdə buzla örtülüdür. Adəmin törəməsi olan bizlərin də Allah qarşısında xüsusi statusu olması gün kimi aydındır.

Azimutun təyin olması Allahın yolunu tapmaq, o yolla getməyə işarədir. Yer kürəsinin Şimal və Cənub qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitləşmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. İnsan da harda olursa, olsun azan səsi eşidiləndə, namaz qılanda, adicə qurban kəsəndə üzünü qibləyə tutur. Qiblə insan beynilə maqnitləşmişdir.

Ramazan ayı riyazi inteqrala bənzəyir. Sabit ədəd həmişə inteqralın önünə çıxır, ifadələr isə inteqral altında sadələşir. On bir ayın sultanı olan Ramazan ayında sabit ədədə bənzəyən pis əməllər edilmir,yəni bu ayda pis əməllər bir kənara qoyulur, il ərzində edilmiş günahlar ifadələr kimi sadələşir, yəni dualar vasitəsilə Uca Allah  tərəfindən insan paklaşır. Sabit ədəd inteqral altında heç vaxt sadələşmir. İnsanın da elə günahları var ki, Allah-təala onu hesabını mütləq çəkəcək.

Riyazi törəməyə də fikir versək, görərik ki, sabit ədəd həmişə “sıfır”a çevrilir. Yəni insan cahilləşib, əməl dəftəri günahlarla dolub ki, Rəbbi qaşısında onun mənası yoxdur. Törəmədə sabitin yanında olan ifadənin üzərindəki ədəd həmişə sabitə vurulur, ifadənin üzərindəki ədəddən bir vahid çıxılır. Bu isə o deməkdir ki, ifadənin üzərindəki ədəd balaca günahlardır, zaman keçdikcə bu günahlar böyür və edilmiş günahlara vurulur, və baclaca günahlardan biri azlır.

Faktorial, aranjeman, kombinzon riyazi elmin ən maraqlı hissələrindən biridir, bəşəriyyətin valığına işarədir. Burada ədədlər bir-birinin ardınca sıra ilə düzülür. Ən sonda isə faktorial (!) işarəsi qoyulur. Hər şeyi bilən Uca Allah bu elmi alimlərimizə təsadüfi nazil etməyib. Belə ki, Faktorial (!) bölməsində Uca Rəbbim  palçıqdan yaranmış Adəmdən, bu günə kimi ana bətnindən doğulan körpəyə işarə edir.

Diqqətlə fikir versək, Faktorial (!) istənilən ədəddən başlayaraq ya mənfi ya da müsbət sonsuzluğa kimi rəqəmlərin düzülüşüdür. Məsələn: İki gənc ailə qurur. Onların övladları, nəvələri, nəticələri, kötücələri hətta sonuncu yadıcaları belə bu nəsilə aid olur. Deməli, ən sonuncu yadıca bu ailənin Faktorialıdır (!).

Müəllif: ELÇİN SƏFƏRLİ

Today, there have been 1 visitors (1 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free