Elçin Səfərli - "Tamahkar piyanocu"
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

Tamahkar Piyanoçu

 

(Bu kiçik hekayə 26oktyabr 2006-cı ildə  “Mühakimə” qazetində dərc olunmuşdur)

 

I hissə

Gözəl bir yaz gecəsi, çiçəklənmiş ağacların üzərində oturan quşların cəh-cəhi, tələbə və şagirdlərin aralarındakı müzakirə, avtomobillərin signalı. Bəli bu gün adi günlərdən biridir.

Fəxriyyə yenicə işə düzəlmişdi. Artıq o, hər səhər işə gedirdi. Fəxriyyə işindən razı idi. Hərçənd maaşı çox deyildi, ancaq özünə və Xankəndində  yaşayan valideynləri üçün aldığı məvacib kifayət edirdi. Fəxriyyə ixtisasca piyanoçudur. Onun tələbələri musiqi festivallarının lauriyatı olmuşlar.  Bu gözəl piyanoçunun arzusu dünya səhnəsinə çıxmaq idi. Bu arzunu reallaşdırmaq üçün o, ağılasığmaz hərəkətlərə də yol verə bilərdi.

 

Artıq tamah baş yarar  (Atalar sözü)

 

Günlərin bir günü bəstəkar Fikrət Əmirovun Flarmoniyada anım gecəsi keçirilir. Bu gecədə hökümət nümayəndələri, millət vəkilləri, mədəniyyət işçiləri, səfirlər və digər hörmətli qonaqlar iştirak edirdilər. Gecədə səslənən əsərlər tədbir iştirakçılarını valeh edirdi. Nəhayət tədbir başa çatdı. Tamaşaçılar dəhlizə çıxıb, musiqiçilərə öz minnətdarlıqlarını bildirirdilər. Millət vəkili Nofəl Paşayev əlində gül dəstəsi ilə Fəxriyyəyə yaxınlaşdı.

Nofəl: (Fəxriyyənin əlindən öpərək) Bu gözəl əllər insanların qulaqlarını valeh edir. Sizi təbrik edirəm.

Fəxriyyə:  Çox sağolun. Şadam ki, bu gözəl gecəyə gəldiniz.

Nofəl: Əgər, gəlməsəydim Sizin kimi mələklə tanış ola bilməzdim.

(Millət vəkili əlini cibinə salıb, vizit kartını çıxardır və Fəxriyyəyə verir. Kənardan kimsə səslənir. O, Nofəldən üzr istəyib uzaqlaşır).

            Nofəl: (dilinin ucunda) Sən məmim olacaqsan.

            Günlər keçir. Həmişəki kimi səhər Fəxriyyə işə hazırlaşır. Birdən qapı döyülür, dəstəboy, cılız bir oğlan lentlə bağlı qutunu piyanoçuya uzadır. Fəxriyyə həmin qutunu alıb, məəttəl-məəttəl qutuya baxır. Sonra qutunu açır. Heyrətlənmiş piyanoçu gözlərinə inanmır. Bu bəzəkli qutunun içində boyunbağı görür. Qəflətən telefon zəng çalır. Həyacanlı piyanoçu  dəstəyi qaldıran kimi bir kişi səsi eşidir.

            Nofəl: Sabahınız xeyir, gözəl mələk.

            Fəxriyyə: Nömrəni düz yığın, ora düməmisiniz.

            Nofəl: Fəxriyyə xanım, məni nə tez unutdunuz? Danışan millət vəkili Nofəl Paşayevdir.

            Fəxriyyə: Üzr istəyirəm, Nofəl müəllim. Sizi tanımadım.

            Nofəl: Hədiyyə xoşunuza gəldi?

            Fəxriyyə: Minnətdaram. Çox sağaolun. Ancaq bunu qəbul edə bilmərəm.

            Nofəl: Siz nə danışırsınız? Bu kiçik hədiyyə sizin sənətiniz qarşısında cüzi şeydir. Xahiş edirəm, bir şüşə kimi könlümü sındırmayın.

            Fəxriyyə: Çox şadam ki, Siz mədəniyyətimizə bu cür qiymətləndirirsiniz. Bunu əvəzini çıxmalıyam. Sizi axşam CAZ mərkəzində həzin musiqi dinləməyə dəvət edirəm.

            Nofəl: Mən razı. Axşam görüşərik.

 

I I hissə

 

            Həmişə olduğu kimi millət vəkilinin oğlu Fuad dostları ilə birlikdə əyləncə klublarının birində kef çəkirdi. Fuadın gözlərinə atası ilə birlikdə qarşı stolda əyləşən bir gözəl xanım sataşır. Əvvəlcə o, nə baş verdiyini anlamır. Sonra dostlarından biri ona hər şeyi – atasının piyanoçu xanımla eşq məcarası yaşadığını və bir neçə gündən sonra Moskvaya uçacaqlarını bildirir.  Həmin gecə Fuad həddin çox içmişdi.

(Fuad nə etməlidir? Hər şeyi olduğu kimi qoymaq, yoxsa hər şeyi anasına danışıb, atası Nofəl Paşayevin karyerasına son qoymaq? Xasiyyətcə Fuad mərd, qorxmaz bir şəxsdir, ədalətsizliyə dözmür. Hər yerdə, hər zaman düzlüyün tərəfdarıdır, bu düzlük ağır olsa belə).

            Çox düşünüb-daşındıqdan sonra Fuad belə qərar verir ki, o, atası və atasının piyanoçu məşuqəsinin arxasınca Moskvaya getsin.

            Nəhayət doğruluğun tərəfdarı Fuad Moskvaya gəlir. Burada atası qaldığı mehmanxanada nömrə sifariş edir. Atası və məşuqəsinin hər addımını izləyir.

Günlərin bir günü atasının mehmanxanadan tək çıxdığını görür. Fürsətdən istifadə edib, o, piyanoçunun qaldığı nömrəyə qalxır. Yenicə yuxudan oyanan Fəxriyyə qapının döyüldüyünü eşidib, təmizlikçinin gəldiyini zənn edir. Qapını açan kimi Fuad piyanoçu Fəxriyyənin üzərinə sıçrayır. Fəxriyyə nə baş verdiyini anlamır. Azğınlaşan Fuad cibindəki bıcağı götürüb, “zavallı” piyanoçunun boynunu kəsir...

 

Müəllif: ELÇİN SƏFƏRLİ

Today, there have been 3 visitors (3 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free