Elçin Səfərli - ÜNVANSIZ DƏHLİZ
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

ÜNVANSIZ DƏHLİZ

 

(Yazı məzunu olduğum Həzi Aslanov adına 175 nömrəli məktəbin iki şagirdinə həsr olunur. Hər ikisi insanlığa yaraşmayan həyat yaşamış, Fani dünyanı biri avtomobil qəzasında digəri isə narkotikin yüksək dozası nəticəsində tərk etmişdir).

 

            Fani dünyadan çox-çox uzaqda ünvansız bir məkan. Sanki bu qeyri-adi məkan Fani dünya ilə Əbədi dünya arasında dəhlizdir. Hər tərəf qaranlıq. Burada ən cəsur insanı belə qorxu təri, vahimə hissi ahuşuna ala bilir...

            O, öz əcəli ilə ölmədiyi üçün bura düşmüşdü. Hər tərəf qaranlıq olduğundan o, heç bir şey görmürdü. İlk əvvəl o elə güman etdi ki, kayfdadır, kayfın təsiriylə hər tərəf qaranlıq, sakitlikdir. Ancaq bu qeyri-adi kayfda uçmadığını anladı. Əlləri ilə qulaqlarını bərk-bərk sıxdı, var-gücüylə qışqırdı, anasını səslədi. Lakin səsinə səs verən olmadı. Qaçmaq istədi, sonsuzluğu xatırlayan qaranlıqda qaçıb yoruldu, yerə yıxıldı. Nə baş verdiyini anlamırdı. Bu qaranlıqda yalnız özünü dərk edirdi. O öz “mən”liyilə təkbətək qalmışdı. Birdən gözü uzaqdan gələn işığa sataşdı. İşıq yaxınlaşdıqca azan səsi eşidilirdi. O, yerindən qalxıb işığa doğru getmək istədi. Qorxu içində olduğu üçün bir addım belə atmağa çətinlik çəkdi. Artıq həmin o işıq onun ətrafını bürümüşdü. Son cümlə “LA İLAHƏ İLLALLAH” eşidildi. Qəflətən ağ geyimli, üzü nurlu, ən əsası özünə bənzər biri onun gözündə canlandı. O şaşqın halda soruşdu:

-Sən kimsən? (cavab gəlmədi)

Bura haradır? (cavab gəlmədi)

Məndə nə istəyirsən?

            Nəhayət ağ geyimli, özünə bənzəri sakit bir səslə dinləndi:

-Mən sənin “mən”liyinəm.

O gülümsəndi.

-“mən”imsən?

            Özünə bənzər bu dəfə səsini bir qədər artırdı.

-Mən sənəm. Mən, sənin içində ömür boyu yaşamışam. Sən özünü dərk edəndən bəri mən, sənə hər zaman ümid olmuşam. Vicdanını, namusunu, həyatının ən önəmli anlarını Biz bir yaşamışıq. Sənə həmişə dəstək olmuşam. Ancaq öz vəzifəmi sonuna kimi yerinə yetirə bilmədim... Bilmədim, sən şeytana tabe oldun. Mən bir “mən” olaraq çirkləndim. Artıq için boşdur. Uca Allahın əmri ilə Mən vaxtilə sənin “mən”in kimi hesabat verməyə hazırlaşıram. O gözlənilən an – Axirət günü ərəfəsində Allahın rizası ilə sənlə görüşürük. Sən öz “mən”liyinə hesabat verməlisən. Aləmlərin Rəbbi qarşısında öz “mən”liyini təmizləməlisən!

            O, heç bir şey anlamırdı. Yuxu gördüyünü güman edirdi. Özünə bənzəri isə vaxtı uzatmadan dərhal mətləbə keçdi. Sakit eyni zamanda bir az yüksək səslə:

-Uzun illər Mən sənin “mən”in olmuşam. Ancaq bu illər ərzində səni tanımamışam. Səni çox tez tərk etdim. Şeytanın təsiri ilə ağılasığmaz hərəkətlər edirdin. Ətrafındakılar üzünə gülsələr belə arxanca nalayiq danışırdılar. Uca Rəbb Fani dünyada hər bir insana möhlət verir. Adəmin törəmələri isə bu möhlətdən istifadə edib, Allahın vədd verdiyi Cənnətə qiymətli bileti qazanmaq üçün Böyük Yaradanın əmirlərinə tabe olur. Sən isə Uca Allaha tabe olmağı bacarmadın. Şeytanı özünə dost seçməklə “mən”liyini itirdin. Hər şeyin sonunda “mən”liyinlə üzbəüz dayanıb hesabat verirsən... “Mən”liyin qarşısında özünü necə təqdim edərdin?

            O, bir qədər susdu. “Mən”liyinin qaşısında aciz olduğunu dərk edirdi. Sonra:

-Mən özümü dünyanın ən bədbəxt varlığı kimi hiss edirəm. Həyatım hər zaman boşluqlarla dolu olub. Özümü dərk edəndən bəri əhatəsində olduğum boşuqlarda sıxılıb, nəfəs almaq üçün çırpınmışam. Bəlkə də narkotikin ahuşuna düşməklə bu çırpıntıların rolu böyük olmuşdur. Fani dünyamız sınaqlarla dolu olduğunu anlayıram. Allahın hər bir insanı müxtəlif yollarla sınağa çəkir. Yalnız güclülər bu sınaqlardan üzü ağ, alnı açıq çıxa bilir. Məni kimi gücsüzlər isə uçurumda olduğumuzu anlayırıq. Rəbbimizin vədd verdiyi Cəhənnəmə daxil olmağımızı gözləyirik..... (süküt)........ Mənim Fani dünyada insanlığa yaraşan hərəkətim olmayıb. İlk dəfə 14 yaşımda həyətimizdəki körpə pişik balalarını qaynar suya atmam ilə qatil olmamın təməli qoyuldu. Hər dəfə sahibsiz pişik və ya it görəndə, onlara işgəncə verməyə can atırdım.Gecələrin birində nənəmgilin kəndində çoban Xıdır babanın töləsinə od vurdum. Qoyun-quzuların məliyə-məliyə yanıb, kabab olması mənə əyləndirici gəliridi. Həyətimizdəki toyuqları əlimlə boğub, quyuya atırdım. Hər dəfə bağban Rəmiş dayı toyuqların cəsədini quyudan çıxaranda nənəmin hirrsi təpəsinə vururdu. Bu mənzərəni görən nənəm Rəmiş dayını günahlandırırdı, hətda iş o yerə çatdı ki, nənəm yazıq Rəmiş dayını iti qovan kimi qovmuşdu.

 İnsanlara ziyan vurmam adi hal almışdı. Yay ayları idi. Havalar çox isti keçirdi. Qonşunun qızı Nazlı ilə çayda çimirdik. Körpə yaşlarından üzgüçülüyə gedən Nazlı kəndimizin mahir üzgüçüsü adlandırılırdı. Həmişə ki, kimi Nazlı çayda min bir hoqqadan çıxırdı. Nazlının bu qədər gözəl üzməsi məndə paxıllıq hissi oyadırdı. Qəflətən mahir üzgüçünün ayağı daşa ilişdi. Biçarə qızcığaz çayda qanadı sınmış quş kimi çırpına-çırpına məni köməyə çağırırdı. Əvvəl özümü eşitməməzliyə qoydum. Bədbəxt Nazlının ucadan qışqırması məni narahat etdi. Tez yanına üzüb saçlarına toxundum, ipək kimi incə saçlarını sığalladım. Yazıq Nazlı ümidləndi. Məni xilaskarı bilib rahatlaşdı. Ancaq boş ümid fayda verməz deyiblər. Əllərimlə Nazlını çaya qəqr etdim. Nazlı çayda çırpındıqca isti suya saldığım pişik balaları gözümün qabağına gəldi. Bu an hər şeyə qadir olduğumu hiss edirdim. Çox çırpınmalardan sonra kəndimizin gözəli Nazlı boğuldu. Bu dəfə də şeytanın köməkliyi ilə heç kim məndən şübhələnmədi.

            Özünə bənzəri vicdansızlığın pik nöqtəsində olan bu yazıq “insan”ın “mən”liyi olması ilə utanırdı. O, isə hər bir iyrənc hərəkətini etiraf etmək istəyirdi.... İstəyirdi, çünki, bu sonluqda yüngülləşməyə ümid edirdi. O, ayaqlarında güc toplayıb, ayağa qalxdı, üzünü adsız səhraya tutdu. Gözünə dəniz dalğalarına bənzəyən kiçik qum təpəcikləri göründü. O, dalğın baxışlarla özünə bənzəri ilə söhbətə davam etdi:

- Ey əziz “mən”liyim, bilirsənmi, nəyə görə Səni tərk edib, şaytana tabe oldum? Çünki, uşaqlıqdan hamının nifrət baxışları üzərimdə olub. Atamı tez tərk etmişəm. Anam isə pis yolun yolçusu olması həyatımın ən çirkin səhifəsinin açılışı oldu. Hər zaman bu səhifəni çevirib, yenisini açmaq istəyirdim. Açdığım hər yeni səhifədə çirkli səhifələrin izi qalırdı. Anamı gördüyüm hər bir yeni gün çirkabın içində batmama təkan oldu. Murdar anamın davranışlarını gördükcə daha çox heyvanlara əziyyət vermək, insanlığa qarşı olmazın hərəkətlər etmək istəyirdim. Qurbanlarımın əziyyət çəkməsi məni ruhlandırırdı.

  O danışdıqca özünə bənzəri yavaş-yavaş qeybə çəkilirdi. Onun ürəyindən bir sual keçirdi. Özünə bənzəri isə özünə ünvanlandırılacaq sualı cavablandırmağa tələsirdi. Özünə bənzəri dedi:

 - Allaha tövbə et! Uca Allah bağışlayandır!

  Bu sözlərdən sonra özünə bənzəri gözdən itdi. O, isə şaşqın halda özünə bənzərinə ünvanlıya bilmədiyi lakin dolğun cavablandırılan sualı haqqında fikirləşə-fikirləşə gözlərini yumdu. O da digər ÜNVANSIZ DƏHLİZin sakinləri kimi Axirətin – haqq-hesab gününün gəlməsini gözləyəcək.

 

ELÇİN SƏFƏRLİ

Today, there have been 2 visitors (2 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free