Elçin Səfərli - "Gultəkinin faciəsi"
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

Gültəkinin Faciəsi

 

Bu hekayəni 12 yaşımda yazmışdım.

İlk qələm təcrübəm bədii cəhətdən

yetərli olub-olmamasından aslı

olmayaraq 2006-cı ildə

“Mühakimə”qazetində dərc olundu.

 

I hissə

 

             Soyuq bir qış günü idi. Yollar buz bağlamışdı. Bir balaca daxmaya oxşar evdə yenicə ailə həyatı qurmuş iki gənc – Ağateymur və Gültəkim yaşayırdı. Ağateymurun valideynləri bu evliliyə qarşı idi. Bu səbəbdən də bu iki gənc hamıdan uzaq Sumqayıt şəhərinə köçmüşdülər.

            Günlərin bir günü qapı bərk döyülür. Gələn poçtalyon Əhməd kişi idi. Ağateymur qapını açır.

            Əhməd: Salam balam, buyur, sənə məktub var.    

Ağateymur: Məktub?

(sevincək məktub valideynlərindən gəlmiş kimi müjdəçi poçtalyonun əlindən alır... Əhməd kişi isə məktubun bu gənc ailə üçün nə qədər ağır olacağını anlayır. Çünki bu məktub Ağateymurun arzusunda olduğu məktub deyil, gələn məktub çağırış vərəqəsi idi)

            Ağateymur: - (həyacanla) Bu çağırış vərəqəsidir. Mən döyüşə getməliyəm. Həmişə arzu etmişəm, cəbhəyə gedim, əsgər olum. Ancaq indi.. indi vəziyyət başqa cürdür. Gültəkim mənsiz bu böyük, ona yad olan şəhərdə tək qalacaq?

(Bu zaman Gültəkin eyvana gəlir)

            Gültəkin: Deyəsən, adımı eşitdim. Salam, Əhməd  dayı, necəsən, işin necədir?

            Əhməd: Çox sağol balam. Hər şey yaxşıdır... Yaxşı, mən gedim, hələ görüləsi işlərim çoxdur.

            Gültəkin: Ay Əhməd dayı, hava çox soyuqdur. Gəl çaydan-çörəkdən ye.

            Əhməd: Yox qızım, süfrəndən ruzi əskik olmasın. Qalmış məktubları ünvanlara çatdırmalıyam. Yolçu yolunda gərək.

(Poçtalyon Əhməh yoluna davam edir. Gültəkin isə Ağateymurun əlindəki məktubu görür)

            Gültəkin: Kimdəndir? Yoxsa Valideynlərin məktub göndərib? Nə yazırlar?

(Ağateymur məktubdakı xəbəri necə deyəcəyini bilmir. Gültəkini evin küncündəki sandığın üzərində əyləşdirir. Özü isə Gültəkinin yanına əyləşir)

            Ağateymur: Əzizim, həyat həmişə insanı sınağa çəkir. Gərək insan başı uca çıxsın. Bax, bu çağırış vərəqəsidir. Mən cəbhəyə getməliyəm.

(Gültəkin Ağateymurun sözünü kəsir)

            Gütəkin: Bu ola bilməz (gözləri dolur). Axı, sən, mən – biz yenicə evlənmişik. Hələ bizim..

            Ağateymur: Ömrümün mənası, ağlama. Hər şey yaxşı olacaq. Mən qayıdacağam. Bizim çoxlu övladlarımız olacaq. Biz çox xoşbəxt olacağıq.

            Gültəkin: Ağateymur, bəlkə gedib herbi komisarlıqdan möhlət götürəsən? Ona de ki, yenicə evlənmişəm bir müddət möhlət ver.

            Ağateymur: Döyüşdə möhlət yoxdur. Ancaq komisardan möhlət götürməyi çalışaram.

(Gecədən səhərə kimi nə Gültəkin nə də Ağateymurun gözünə yuxu gedir. Səhər açılır. Ağateymur şəhər komisarlığına yollanır)

            Ağateymur: Salam yoldaş komissar. Sizin yanınıza çağırış vərəqəsi barədə danışmağa gəlmişəm. Nəzərinizə çatdırım ki, mən və həyat yodaşım Gültəkin yenicə evlənmişik. Valideynlərim bu evliliyin əlehinə idi. Mənə dünən çağırış vərəqəsi göndərildi, hələ döyüşə gede bilmərəm. Gültəkin burada tək qala biməz. Mənə möhlət verin, qoy valideynlərimi yola gətirim. Bu evliliyi qəbul etsinlər. Gültəkini onların yanına göndərim.

Hərbi komissar Ağateymurun sözünü kəsir.

            Zülümov: Oğul ermənilər sənin valideynlərinin yola gəlməsini gözləmirlər. Belə.... vaxtım yoxdur, cəbhə bölkəsinə getməliyəm. Sabah 7-yə 10 dəqiqə qalmış komissarlığın qabağında olmalısan.  Özüdə sənin əziz Gültəkinin tək qalmayacaq, bütün qonşular onunla birgə olacaq.

 

 

I I hissə

 

Gecə səhərə kimi nə Ağateymur nə də Gültəkin gözünü yumdu. Gültəkin yorğanı başına çəkib, ürəyində ağlayırdı. Ağateymur Gültəkinin nə çəkdiyini başa düşürdü.

            Ağateymur: Əzizim nə olub? Nəyə görə yatmırsan?

            Gültəkin: (başını yorğanın altından çıxartmayaraq) Mən bu dünyaya əziyyət çəkmək üçün gəlmişəm. Anamı kiçik yaşlarımda itirdim. Atam qalayçı işləyirdi. Elə gün olurdu ki, atam evə bir tikə çörək gətirə bilmirdi. Qonşular mənə çörək verirdi, atam isə ac qalırdı. Günlərin bir günü atam işdən qayıtmadı. Qonşumuz Mehdi dayı məni öz evlərinə apardı. Sonra isə atamın qır qazanına yıxılıb, öldüyünü söylədi.... Ağateymur, səndən başqa heç kimim yoxdur.

            Ağateymur: (dirsəyini yasdığa qoyur) Əzizim, ürəyini sıxma, hər şey yaxşı olacaq.  Bil ki mən harda olsam da, seninləyəm. Mən səni sevirəm. (Gültəkini qucaqlayır)

Səhər açılır. Ağateymur paltarlarını yığır. Birdən qapı döyülür. Gültəkin qapını açır. Gələn poçtalyon Əhməd dayı idi.

            Əhməd: Sabahın xeyir, qızım.

            Gültəkin: Günaydın, Əhməd dayı.

            Əhməd: Ağateymur hazırdır?

            Gültəkin: Bəli, paltarlarını yığır. Bir azdan hərbi komisarlığa gedəcək.

(Ağateymur qonaq otağına daxil olur)

            Ağateymur: Sabahın xeyir, Əhməd dayı.

            Əhməd: Sabahın xeyir, oğul, hazırsan?

            Ağateymur: (Gültəkinə müraciətlə) Əhməd dayı ilə mənə çay süz. (Gültəkin mətbəxə keçir) Əhməd dayı, mən bir il burada olmayacam. Gültəkindən muğayat ol. Gültəkini sənə tapşırıram.

(Gültəkin çay gətirir. Ağateymur və Əhməd süzülmüş ətirli çayı içib, hərbi komissarlığa yollanırlar)

            Ağateymur: Əzizim vaxtdır. Getməliyəm. Sənən “sağ ol” demirəm, “hələlik” deyirəm. Bu hicran uzun sürməyəcək, yenə də daxmamızda gün doğacaq, biz xoşbəxt olacağıq. Çoxlu övladımız olacaq. İndi mən dünyanın ən xoşbəxt insanıyam. Çünki, bilirəm, məni ən saf, ən müqəddəs şəxs gözləyir, bu sənsən mənim Gültəkinim. Gedirəm, arxamca baxma, gözün yol çəkməsin, arxayın ol, mən mütləq qayıdacağam.

(Poçtalyon Əhməd və Ağateymur maşınla yavaş-yavaş uzaqlaşır. Gültəkin isə Axateymurun dediklərinə qulaq asıb, həyatının mənasının arxasınca baxmır, halbuki, Gültəkinin ürəyi narahatçılığdan parçalanır)

 

 

I I I hissə

 

(Zaman keçir, artıq altı aydır ki, Ağateymur cəbhədə vuruşurdu. Sumqayıtda Gültəkin işə düzəlir. Boş vaxtlarında Axateymurla arzusunda olduğu körpəyə corab, jaket toxuyur, uşağın beşiyini zövqlə bəzəyirdi.... Günlər keçir. Ağateymurdan nə xəbər var nə də məktub. Gültəkin nigarandır. Poçtalyon Əhmədin isə ürəyi sıxılır. O, Gültəkinə Ağateymurun itkin düşməsi xəbərini nece deyəcəyini bilmir..... Səhər açılır, gün doğur. Əhməd Gültəkinin yanına gəlir.

            Əhməd: (təkminlə) Salam.

            Gültəkin: Günaydın Əhməd dayı. Ağateymurdan xəbər gətimisən? Bu gecə Ağateymuru yuxumda görmüşəm. Görürəm ki, bizi sel ayırır. Ağateymur selin o tayında ağlayır. Nənəm deyərdi ki, yuxuda ağlayan həyatda gülər.

(Gültəkin Əhmədin gözlərindən yaş gədiyini görür və başa düşür ki, bu sel həyatda onları əbədi ayırdı)

            Əhməd: (göz yaşlarını saxlaya bilmir) Gültəkin, qızım.....

            Gültəkin: Yox, yox (özünü itirir) Heçnə demə, məni tək burax.....

            Əhməd: Qızım..

            Gültəkin: (qışqırır) Məni tək burax.

(Əhməd otaqdan çıxır. Gültəkin hazırladığı uşaq otağına keçir. Beşin üstündə lay-lay əvəzinə ağı deyir, sənra mətbəxə keçib, zəhər içir, Ağateymurun ruhunu görür).


 1998-ci il

Son

 

 

Bu hekayə məhəlləmizdə

15 iyun 1999-cu il “Qurtuluş günü”

münsibətilə keçirilən

tədbirdə səhnəyə qoyulub.

 

Today, there have been 1 visitors (2 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free