Elçin Səfərli - Abstrakt
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

HƏR ŞEY “YOX”DAN BAŞLAYIR, “VAR”LIĞA DOĞU.

 

“Biri var  idi, biri yox idi”. Bütün nağıllar bu başlıqla başlayır. Ancaq çox təəssüf ki, hər zaman “var”dan danışılır. “Yox” isə yoxluqda qalmağa üstünlük verilir. Adəmin törəmələri – Bizlər “Yox”luğa boşluq kimi baxırıq. İnsanı “Var” edən Uca Allah hər şeyi “Yox”dan yaratması bir daha təsdiq edir ki, “Yox” əslində “Var”lığın başlanğıcıdır. Gözlə görünən hər şeyi Allah “Yox”dan Yaradıb, Yaradır, Yaradacaq. Nədənsə, insan psixikasına “Var” pozetiv, “Yox” isə neqativ izləri həkk edir. Bizlər – insanlar elə düşünürük  ki, müasir dövrümüzdə kompyuter, mobil telefonlar və digər ağılasızmaz texnalogiyalar varsa, son 50-60 ildə kosmosa gediş-gəliş mümkündürsə, deməli, “Var”lığın ən son dönəmini yaşayırıq. Bu dövrün ən son texnalogiyası insanın göydəki buludları istənilən səmtə yönəldə bilməsidir. Bizlər hər şeyə qadir olmamızı güman edirik. Lakin hər şey fərz etdiyimiz kimi deyil. Əslində hələ də “Yox”luq bizləri tərk etməyib, heç etməyəcəkdə. Müxtəlif zamanlarda “Yox”luqdan doğan “Var”lıqları görəcəyik. “Yox”luğun sonu “Var”lıqdır.  Hər bir an yaranan “Var”lıqlar insanı “yox”luqdan ayıra bilmir. Əksər hallarda “Var”lıqda səhv atılan addım “Yox”luğa bir tərəfli bilet taplosunu yaradır.

 

Riyazi anlayışlar – “mənfi” və “müsbət” belə heç bir nitq hissəsinə aid olmayan  “Var” və “Yox” sözləri ilə vəhdət təşkil edə bilər. Diqqətlə fikir versək, “Yox” – mənfini, “Var” – müsbəti işarə edir. Orta məktəb şagirdlərinə bəllidir ki, riyazi limit “sonsuzluğa” yaxınlaşanda partlayır. Elə insanlarda var ki, “OHH!” deyib, “Yox”dan çıxmaq istəyərkən “qollarının altı şişir”, “mənəm-mənəm” və s. bu kimi frazoloji birləşmələri deyə-deyə mənfi və ya müsbət sonsuzluqlar arasında mənasını itirir. Bunu isə “Var – Yox” aralığı hesab etmək olar. Riyazi limitlər istənilən müsbət qiymətlər ala bilər. İnsanlar da sahib olduqları “Var”lıqda yaşayıb, daha çox “Yox”luqlara son qoya bilər. Müsbət qiymətlərlə “sıfıra” çevrilən limit, insanların “Var”lığa sahib olmasını mənasız  - “sıfır” kimi boşluqda olmasına işarədir. “Sıfır” özü bir dairədir. Bu dairədə olmaq, boşluqda fırlanmaq və sonda eyni nöqtəyə gəlməkdir. Hər bir onluğun, yüzlüyün, minliyin sıfırı var. Bu rəqəmlərdə sıfırların artması insanın yaşa dolduqca bir cür ağıllı və ya ağılsız olmasına işarədir. Uca Allah insana daha çox sıfır bəxş etsə, insanlar içərisində ağılsız tablosu çirkin görünər.

 

 

Dünya bir böyük mücərrəddir. Uca Allah Dünyanı yeddi günə yaradıb. Fani deyilən Dünyada ağrı - acı, sevgi – nifrət, sevinc – kədər, xeyir – şər, pislik – yaxşılıq kimi antonimlər insanı doğulandan öləmə kimi müşayət edir. Dünya böyük məfhumdur. İnsan ömrü Dünyanı dərk etməyə imkan vermir. Rəbbin istədiyi vaxta qədər qalan Dünyada yalnız insan biliyi və zəkası icad olunanlar və ümumiyyətlə canlılar biri-birini əvəz edir. Mücərrəd olan dünyaya paxıllıq etmək lazımdır çünki, o, Məhəmməd Peğəmbər, İmam Əli başda olmaqla 11 İmam, Nizami, Nəsimi, Füzuli, Uzun Həsən, Şah İsmayıl kimi Dahilərin şahidi olmuşdur. Yenilməz qüvvət və hikmət sahibi Uca Allah Fani Dünyanı yox etməyənə kimi hələ Dünya minlərlə Dahilər görmək qismət olacaq.

Görəsən, Allahın Bizə vədd verdiyi Axirət Dünyası da yaşadığımız Fani Dünyamız kimi materiklərə, qitələrə, bölünəcək? Axirət Dünyasında da okeanlar, dənizlər olacaqmı? Müqəddəs Qur`ani Kərimi oxuyarkən irmaqları, çeşmələri aləmlərin Rəbbi Bizə vədd verdiyini bilirik....

 

Müəllif: ELÇİN SƏFƏRLİ

Today, there have been 3 visitors (4 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free