Elçin Səfərli - Mən ya DüşMən
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

 

Görəsən, insan hərdəm “mən” –i haqqında fikirlşir? “Mən” kimdir və ya nədir? Mücərrəd olan “mən” insanın hansı orqanında yerləşir. İnsanla ucu Allah arsında olan mücərrəd rabitə “mən” vasitəsiləmi alınır. Ürəkdə danışan, beyndə fikirləşən “mən”  insanı idarə edir və formalşdırır. “Mən” güzgüdən baxan sürətdirmi, ruhdurmu? Deyirlər Allah insanın şah damrındadır. Bəlkə “mən” o damardır? İnsana ən yaxın olan “mən” həm dost, həm də düşməndir. Dost kimi məsləhət verən “mən” insanı bir şəxsiyyət kimi formalaşdırır. Məsləhət, enerji, sağlam düşünmə, şən əhvah-ruhiyyə məhs “mən”dən gəlir. Əgər hansısa, pis bir işini, hərəkətini ətrafdakılardan gizlətmək mümkünsə, “mən”dən gizlətmək çox çətindir. Əsasən gecələr, yorğanın altında, saatın əqrəbləri tıqqıldayanda, pəncərədən yarasanın səsi eşidiləndə insan öz “mən”iylə qarşı-qarşıya durur və pis hərəkətini, işini üzünə çırpır, tənqid edir. Başqasının acılamasına fikir verə bilməsəndə “mən”in acılayanda içində fəlakət baş verir. Səni acılayana iradını bildirə bilərsən ancaq onun - “mən”in qarşısında acizsən. Əsl faciə budur. 

İnsanı sürüb-yıxan, psixikasına təsir edən sonda fartunaya və ya faciəyə gətirən ən sərt və eyni zamanda mülayim hər bir insanda yaşayan şah damar, ruh və ya “mən” deyilən məfhumdur. Bu üç məfhumdan biri Allaha hesabat verəcək. Deyirlər birinci qəbir gecəsi iki mələk basdırılan insanı hesabat edir. Əgər insanın son nəfəsində ruh və ya “mən” bədəndən çıxırsa, o iki mələk bu əşyaya bənzər meyiti nəyə görə sorğu-sual edir? Axı, nəşi idarə edənlər göylərə uçub. “Qur`ani Kərim”də Allah axirət gününü misal gətirib, göy başqa göy, yer başqa yer olmasını, ölülər diriləcəyini və`d verir. Deməli, ruh və ya “mən” öz insan bədəninə qayıdıb, uca Allaha hesabat verəcək.

Maraqlıdır, axirətdə - hesabat günü açıq havada yoxsa qapalı otaqda keçiriləcək? Açıq havada keçiriləcəksə, hava dumanlı, çıskinli, yaxıntılı, günəşli, axşam yoxsa səhər olacaq? Qapalı otaqda keçiriləcəksə, otağın necə dizaynı olacaq? 

 

***

 

Allah biz – insanları yaradıb, nəyə görə insan insanı aldatsın, yalan deyib evini yıxsın, əl çirki olan pulun üstündə ana-atasını, bacı-qardaşını, ən əsası vicdanını satsın. Belə olmaz! İnsan vəhşi olmamalıdır. Allah-təala vəhşi, yırtıcı heyvanları yaradıb. İnsanı isə saf, təmiz bu dünyaya qismət edib. İlk dünyaya gələn körpə necə də safdır, pakdır. Hələ məktəb illərimdən xatırlayıram, Ədəbiyyat dərsində idik, şagirdlərin üstünə hirsli olan müəllimə bütün sinifə “ağzınızdan süd iyi gəlir” kəlməsini demişdi. O zamanlar bu kəlməni başa düşmədim, tez ağızımı iylədim, ağızımdan kukuruz iyi gəlirdi.

 

İnsanı hansı amillər dəyişdirir? Zamanmı yoxsa mühitmi? Nə üçün insan fitnə-fəsad törədir? Şər-böhtan atır, ev yıxır, mələk simasında vəhşiləşir? Bu suallar cavabsız qalır. Yəqin ki, nə vaxtsa, Axirətdə mütləq bu cavabsız suallar cavablandırılacaq.

“insan”ların yanında Axirətdən danışarkən canlarına vəl-vələ düşür, o günün, haq-hesab gününün gəlıməsini istəmirlər. Deyirlər, “qoy balalarımızın toyunu görək, həyatın ləzzətini dadaq, gəzək dolanaq, kef edək”. Ay yazıq “insan”, Sən bu arzularla necə yaşayır? Ürəyindəki niyyətlərin, arzuların çin olması, ümumiyyətlə varlıq olmanda Allahın rolu yoxdurmu?! Sən başqasının qarşısında əyilirsən, əl çirki olan pulamı vicdanını satırsan, hər səhər durub, iki rukət namaz qılmaq sənə ağırdırmı, mədə xəstəliyini bəhanə gətirib, on bir ayın sultanı, "Qur`ani Kərimin" nazil olunduğu ayda oruc tutmadığına görə xəcalət çəkmirsən?!          

 

Müəllif: ELÇİN SƏFƏRLİ

Today, there have been 3 visitors (3 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free