Elçin Səfərli - Tarixə BAXIŞ
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

 

Cəryanlar və İzmlər

 

 

 

            Tarix boyu müxtəlif cəryanlar – Mani, Məzdək, Xürrəm, Marksizm, Leninizm, Bernşteynçilik və s. insanların psixikasını təsir altında saxlamaqla yanaşı, onları gəlincik kimi idarə edirdi. Mani və Məzdəkin əsas müdəasını ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq təşkil edirdi. Bu təlimlərə görə məqsədə yalnız mübarizə yolu ilə nail olmaq mümkün idi. Bu iki cəryan bir-birinindən Xeyirin Şər üzərində qələbəsinin inkar edərək fərqlənirdi. Mani cəryanı sonda Şərin, Məzdək cəryanı isə Xeyrin zəfər çalacağına inanırdı. Bu cəryanlardan sonra Xürrrəm hərakatıda ümumi bərabərlik uğrunda mübarizə apararaq maddi nemətlərin insanlar arasında bölüşdürülməsini, feodalizm zülmünə etirazı, islam dinindəki bəzi qondarma qanunlara qarşı Xalq hərakatı idi.

            Son yaxın dövrün cəryanlarından olan Marksizm – Leninizm və Bernşteynçilik fəhlə sinifinin dünya görüşünü, elmi ideologiyasını, dünyanın dərk olunmasını və inqilabi yolla dəyişdirilməsi elmini təşkil edən fəlsəfi, siyasi, sosial-iqtisadi baxışların sistemini əks etdirirdi. Bu dövrün qəribəçiliyi o oldu ki, Bernşteynçilər Marksizmin əsas qanunlarını dəyişmiş şəraitə uyğun gəlmədiyini bəyan edir, onların yenidən nəzərdən keçirilməsini tələb edirdilər.

            Hər dövrün öz qanunları, təziqləri olması təbii haldır, əgər fikir versək görərik ki, Sovet dövründə Bernşteynin cəryanı anti – Sovet, anti – Lenin fikirləri ilə insanları çaşqınlıq içinə salmışdı. Sovet Respublikalarında dərc olunan qəzet, jurnal və digər kütləvi informasiya vasitələrində Bernşteyn cəryanı tənqid edilir, onun fəalları lənətlənirdi.

            Ümumiyyətlə, tarix yazılarkən nələrə əsaslanması çox maraqlıdır. Dövrlər dəyişir, təbii olaraq dövrün liderləri öz bildikləri kimi yazılan tarixə müdaxilə edirlər. Ancaq ən acınacaqlı fakt budur ki, keçmiş dövrlərin tarixi yeni dövrdə “redaktə”lər şəklində insan psixikasına “mədəni” yeridilir.  İstənilən halda Azərbaycan Xalqının firəvan yaşaması, günəşli səhərə rahat oyanması hər şeydən önəmlidir. Azərbaycan Tarixindəki cəryanlar hər zaman sadə xalq nümayəndələrinin taleyi ilə oynamışdır. Buna baxmayaraq Odlar yurdumuz sabaha ümüdlə yaşayır. Bəlkə nə vaxtsa tarixin yaddaşında Azərbaycan İmperiyası dünya dövlətlərinə meydan oxuyacaq, dünya xəritəsindəki hər bir kiçik dövlət belə Bizimlə hesablaşacaq.

 

Müəllif: Elçin Səfərli.

 

 

 

2011-ci il

Today, there have been 1 visitors (1 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free