Elçin Səfərli - Əsl Azərbaycanlı ola bilərikmi?
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

 

            “MƏN FƏXR EDIRƏM KI, AZƏRBAYCANLIYAM!”. Əsl Azərbaycanlı bu cümləni qəlbən deyir. Ancaq çox-çox təəssüf ki, bəzən üzdən iraq, Azərbaycanlı adını daşımağa layiq olmayan vətəndaşlarımız boğazdan yuxarı Azərbaycanlı olmağlarını bildirirlər.

            Tarix boyu Uzun Həsən, Şah İsmayıl, Təhməsib, Şah Abbas, Pənahəli xan, Fətəli xan, Xurşidbanu Natavan, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi qəhrəmanlar Əsl Azərbaycanlı necə olmasını göstərmişdir.

            Əsl Azərbaycanlı necə olmaq? İlk baxışdan bu adi bir sualdır. Lakin sualın dərinliyi bəlkə də, dünyanın ən dərin çökəkliyi Mariandan (11022 m) belə dərindir. Hər bir Azərbaycan vətəndaşı bu suala müxtəlif cavablar verəcək. Əslində isə sualın cavabı Anadır.  Azərbaycan doğma Anadır. Heç kim öz anasına qarşı edilən pis hərəkətə, nəlayiq sözə dözməz! Doğma elini, obasını satan “şəxs”, anasını da dəyər-dəyməz  ucuz qiymətə satar.

            Azərbaycanlı olmaq çox çətindir. Bu çətinliyə dözmək hər Kişinin işi deyil. Yad bir ölkədə məhkum Azərbaycanlı olduğu üçün, Vətən eşqiylə dolu olduğu üçün,  qəlbi Azərbaycanla vurulan Ramil Səfərov Biz – gənclərə örnək olmalıdır! Lakin, əksinə Biz – gənclərin içərisində murdar şəxslər var ki, Azərbaycanlı olmaqları ilə fəxr etmək əvəzinə Azərbaycana qulluq edən məmur daydayları ilə fəxr edirlər.

            Azərbaycan Respublikasının sərvətlərini talan edən daydaylar indi vəzifədə oturub, harınlanmış vəziyyətdə axirətə viza gözləyirlər. Azərbaycanlıya haram – dövlətin pulunu yemək yaraşmaz. Uca Allah Azərbaycan dövlətini həmişə qoruyur. Dünyanın dörd bir nöqtəsində zəlzələ, daşqın, tayfun, tarnado, qar uçqunu, meşə yanğını, qanlı müharibə və qarşıdurmalar olur. Ancaq doğma Azərbaycanımızda sakitçilikdir, günü-gündən inkişaf edirik, idxal-ixrac yüksək səviyyədə, qara qızıl və qaz dünya arenasında prestije malikdir.  Bu inkişaf Azərbaycan  Xalqına məxsus olsa, belə bəhrəsini bəzi “Qaymaqlı” məmurlar görür. Əsl Azərbaycanlı olmaqla isə kasıb, şərəflə yaşayan dəyərli millətimiz fəxr edir.

 

 

Müəllif: Elçin Səfərli

Today, there have been 1 visitors (2 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free