(306 nömrəli avtobusda müsahidə etdiyim səhnə)
( nəvə: “Nənə, bu pistoletlə ermənləri öldürəcəm. Nənə, mən böyüyənə qədər erməni olacaq?” nənəsi: “Olacaq, olacaq balam” nəvə: “Nənə, onda evdəki xəncəlimi də özümlə aparacağam. Xəncəlimlə erməninin başını kəsəcəyəm. Qarnına bax, belə soxacağam.”)
[nəvə əli ilə xəncəli necə erməninin qarnına salacağını təsvir edir.]
Bu kiçik səhnəyə 18 iyun 2011-ci il 306 nömrəli avtobusda şahid oldum. Hər dəfə Fəxri Xiyabanda şair babam İslam Səfərlinin məzarını ziyarət etdikdən sonra Milli Qəhrəman Mübariz İbrahimovun qəbir üstünə gedirəm. Bu gün Fəxri Xiyabanda böyük izdiham vardı. Gənc nəsilin nümayəndələri əllərdə müqəddəs üç rəngli bayraq, döşlərində igid Mübarizin şəkli ilə Milli Qəhrəmanın qəbri üstə yığışmışdılar. 18 iyun Şəhidlik zirvəsinin ən uca yerinə sahib Qəhrəmanlarımızdan olan Mübarizin anım günü idi. Ziyarətçilərdən ən kiçiyi əsgər paltarı geyinmiş, ciyinində avtomat dörd yaşlı Füzuli idi. Balaca igid Füzuli ilə 306 nömrəli avtobusta tanış olduq. Füzuli də nənəsi ilə birlikdə Mübarizin anım gününə gəlmişdi. Mənə təsir edən isə bu balaca igidin nənəsiylə söhbəti idi. Dörd yaşlı uşağın öz düşmənini tanıması, ona qarşı nifrəti çox sevindirici haldır. Hər bir Əsl Azərbaycanlı ailəsi övladına ilk öncə Vətən eşqini, Vətənə layiqli olmağı, Vətən və Ana namusunu qorumağı, Ana dilini dillər tacı etməsini öyrətməlidir. Bax, onda Çingizlər, Mübarizlər, Fəhadlar, Fəridlər, Məhəmmədlər və b. minlərlə Qəhrəmanlarımız kimi igidlər Ana torpağına göz dikən düşmənə layiqli cavab verə biləcək. Balaca Füzuli isə gələcəyin qəhrəmanı olacaq. Bəlkə, kim bilir, balaca igid Füzuli yaxın gələcəkdə əzəli və əbədi Azərbaycan torpağı olan İrəvanda üç rəngli bayrağımızı sancacaq. Çox təəssüf ki, o arzu edilən gün Füzulinin həmin o avtobusdakı Füzuli olduğunu xatırlamayacağam.
Ey balaca igidim, Füzuli, nənənə verdiyim sözü tutdum. Bu kiçik yazını Sənə və Sənin kimi gül balalara həsr edirəm. Qoy Uca Allah Əsl Azərbaycan vətəndaşları olacaq igidlik toxumları ilə cücərən balalarımızı qorusun!.. Amin!!!
Sonda isə ən çox xoşladığım frazalardan biri ilə yazımı bitirmək istərdim:
- MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!!! -
Müəllif: ELÇİN SƏFƏRLİ