Elçin Səfərli - "Mələk"
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

Mələk simalı Mələk

 

Uşaq evini tərk etmiş qızlara həsr olunur.

 

Həyat şıltaq uşağa bənziyir. Gərək bu uşaqla dil tapasan. Hərdəm elə olur ki, həyat insanı keşmə-keşli yollara salır. Bu yolların sınağından keçən şəxs müdrikdir. Bax, bu insan mənim mələk simalı qəhrəmanımdır. Valideynləri Mələyi hələ Mələk yenicə doğulmuşdu ki, uşaq evinə vermişdi. Bu zavallı qızcığaz ata-ana qayğısı görməmişdi. Mələk adını ona uşaq evinin bağbanı Harun kişi vermişdi. Uşaq evində Mələk özünü heç vaxt tənha hiss etməzdi. Hamı ona qarşı çox mehriban, qayğıkeş idi. Ancaq illər ötür, Mələk 18 yaşlı yeniyetməlik dövrünə gəlib çatır. Artıq uşaq evini tərk etmək vaxtıdır.  (Mənim qəhrəmanım nə etməlidir? Axı, onun təhsili yoxdur. Hər kəs bilir ki, təhsilsiz insan, ələxsus, qızlar bu dövrdə pis yola düşür. Axı belə olmaz! Bu insanlarında xoşbəxt olmağa haqqı var). Uşaq evində Mələk çox şey öyrənmişdi. O, bağban Harundan gül-çiçəyin qayğısına qalmağı, Topbuş anadan dadlı xörəklər bişirməyi, xidmətçi Nunuş anadan təmizlik işlərini görməyi öyrənmişdir. Mələyə yazığı gəldiyi üçün uşaq evinin müdurəsi Gülər ana onu rəfiqəsi Rozanın evinə xidmətçi düzəldir. (Roza – öz mənfəətini güdən, pulgir, iki üzlü qadındır. Özünü yeganə varis etmək üçün doğma bacısını zəhərlədib, öldürən və hər şeyi zavallı bir qoca qarının üzərinə atmışdı.) Mələk Rozanın evinə köçür. Onlar çox mehriban olurlar, aralarından su belə keçmir. Rozanın bu dünyada oğlu Raufdan başqa heç kimi yoxdur. (Rauf – kinli, qəddar bir şəxsdir. Bakıda bir çox qumarxanalara himayelik edir, insanları pis yola çəkir, yeniyetmə qızları yodan çıxarır). Uzun illər Bakıda “iqtisadi təhsil” almış kimi özünü göstərən Rauf Naxçıvana qayıdır. Burada o, anasına zavod-fabriklərini idarə etməyə kömək edir. Mələyin gözəlliyi Raufu valeh edir, neyin bahasına olursa-olsun Mələklə ailə qurmaq istəyir. Bu zavallı qız isə Rauf maraqlandırmır. Günlərin bir günü eşqə düşən Rauf anasına hər şeyi danışır və ondan xahiş edir ki, Mələyə təziq etsin. Şam yeməyində Roza zavallı Mələyə hər şeyi nağıl edir. Bu işin baş tutmayacağını biçarə Mələk Roza xanıma bildirir. Bərk hirslənən Roza mələk simalı Mələyi nankor adlandırır və ona dərhal evini tərk etməsini əmr edir. Yazıq Mələk əşyalarını toplayıb, qapıdan çıxarkən “mərhəmətli” Roza “nankor” Mələyi saxlayır, çox hirsli olduğunu və heç özüdə nə danışdığını bilmədiyini bildirir. Mələkdən üzr istəyir, ondan qalmasını xahiş edir.  Sabahsı gün Roza bu işin baş tutmayacağını Raufa bildirir. Çox qəzəblənən Rauf anasını – Mələyin bu təklifə razı olmayacağı təqdirdə, anasının yeganə varis olması üçün doğma bacısını zəhərləyib öldürməsinı və hər şeyi xidmətçinin boynuna qoyması ilə hədələyir. Roza qalmaqaldan qorxan şəxs olduğu üçün Raufa kömək edəcəyini söz verir. Çox fikirləşdikdən sonra tülkü simalı Roza  plan qurur. Plana əsasən Roza naharı rəfiqəsigildə etməli idi. Bu vaxt ərzində Rauf mələk simalı Mələklə evdə tək qalacaqdı. Fürsətdən istifadə edib, Rauf  biçarə Mələyə əxlaqsızlıq edəcəkdi. O arzu edilməyən an gəlib çatır. Rauf anasın planını həyata keçirir. Anası qonaqlığa gedəndən sonra Rauf evə daxil olur. Bu vaxt Mələk də öz otağında Novruz şənliyi üçün boya-başa çatdığı uşaq evinin uşaqları üçün bəzək əşyaları düzəldirdi. Mələk dəhlizdən qəribə səs eşitdi, dəhlizə çıxıb Raufu gördü. Günün bu vaxtı Raufun evdə olmasına təəccübləndi. Zavalı Mələk elə güman etdi ki, Roza xanımın başına bir hadisə gəlib, təşvişlə nə baş verdiyini soruşur. Rauf isə Mələyi sakitləşdirib, hər şeyin qaydasında olduğunu və bura sadəcə sevişmək üçün gəldiyini bildiri. Biçarə Mələk özünü itirir, tez otağa qaçıb qapını bağlayır. Ancaq bu ona kömək etmir. Vəhşiləşən Rauf qapını sındırır, zavallı qızcığaza zor tədbiq edir.

Həmin hadisədən 7 il keçirdi. Rauf və Mələk ailə həyatı qurmuşdu. Bu “xoşbəxt” cütlüyün bir oğlu – Qismət olmuşdu. Uşaq evindəki rəfiqələri Mələyə qibtə edir, onun qızıl bilet utduğunu deyirdilər. (Görəsən, bu bələdirmi? Doğurdanmı qəhrəmanım dünyanın xoşbəxt insanıdır?) Lakin Mələk özünü çox bədbəxt hiss edir. Raufla keçirdiyi hər gün, hər an belə Mələyin ürəyini sığır. Hərdəm elə olur ki, Mələk baş kötürüb qaçmaq istəyir amma oğlu Qismətə baxıb, onu xoşbəxtliyi üçün hər şeyə dözəcəyini özünə söz verir...

Günlərin bir günü Rauf və anası Roza İrana ezmiyyətə yollanır. Azərbaycan-İran reysində texniki nasazlıq baş verir. Təyyarə havada alovlanıb, partlayır. Rauf və Roza həlak olur.  Rozanın bütün var-dövləti Mələk və oğlu Qismətə qismət olur.

 

 

 

Müəllif: ELÇİN SƏFƏRLİ

 

2005-ci il

 

Today, there have been 4 visitors (5 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free