Elçin Səfərli - "Xoşbəxt" Diana
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

“Xoşbəxt” Diana

_______________________________________________________

 

Bu əsər 2006-cı ildə “Mühakimə” qazetində dərc olunub.

 

(Qısa məzmunlu dram)

 

 

I hissə

 

 

            Şuşa şəhəri. Gözəl bir yaz günü, İsa bulağı, təbiətin gözəlliyi ətrafı işiqlandırır, göy səma, yaşıl otlar, axar bulaqların şır-şır səsi, tumurcuqlanmış ağacların üzərində oturmuş quşların cəh-cəhi, yaşıl don geyinmiş meşələrdə otlayan sürülər, tarlalarda əkin-biçin edən insanlar üçün bu gözəllik Allah tərəfindən möcüzədir.

            Yavər: Qəmər, səhər qapını kim döyürdü?

            Qəmər: Əhməd gəlmişdi, Xəzərdən məktub var. Gözün aydın ay kişi, oğlun gəlir. Məktubda yazır ki, əziz valideynlərim artıq diplom işim hazırdır, təxminən bir aya diplomu alacam  sonra, doğma torpağıma – Şuşaya gələcam.

            Yavər: Ax, Qəmər axır ki, yadımdadır, həmişə arzu edərdik oğlumuz olsun, vəkil olsun. Nə edək ki, oğlumuz....

            Qəmər: Elə danışma, valideynlər odur ki, uşağı böyütsün, gecələr  yatmayıb beşiyinin üstə lay-lay oxusun, uşağının  birinci addımını görsün, birinci dəfə əlindən tutub mədrəsəyə aparsın. (süküt)

            Yavər: Düzdür, amma həmişə istəmişəm öz övladım olsun. Xəzərin damarlarından mənim qanim axmasa da, mən öz arzuma çatmışam. (dərin süküt)

            Qəmər: Gəl mətməxə gedək, nahar vaxtıdır.

(Yavər və Qəmər mətbəxə daxil olur. Mətbəxdə Sona süfrəni hazırlayırdı.)

            Qəmər: Sona, artıq yeməyi çək, özün üçün də bir qab qoy.

(Sona və Nazim Şuşanı kasıb sakinləri. Yavər Qəmərlə Şuşaya təzə gələndə Qəmər və Sona rəfiqə oldular. Yavər və Qəmərin övladı olmadığı üçün Sona yenicə doğulmuş Xəzəri onlara vermişdir.  Hətta o gün bu gün Sona bu ailədə xidmətçi işləyir).

            Sona: Yox, xanım, Sizinlə bir stolda çörək yemək, yox belə olmaz.

            Qəmər: Sən nə danışırsan. Axı, Sən bu evdə xidmətçi deyilsən. Sən, Xəzərimin ikinci anasısan. Əgər sən olmasaydın bizim ailə olmazdı. Xəzəri sen bizə bəxş etdin. Sənə ömrümüz boyu borcluyuq. Allah balan Diananı xoşbəxt etsin. (dərin süküt)

            Sona: Eşitdim, Xəzər məktub göndərib. Nə yazır?

            Qəmər: Yazır, Əziz valideynlərim diplom  işim hazırdır. Bir aya doğma Şuşaya gələcəm.

            Sona: Nə yaxşı. Diana da bir aya gəlir, O da məktub göndərmişdi, Yazır, ana imtahanlarımı verib, gəlirəm. Bir də yazır ki, Qəmər xala və Yavər dayıya salam söylə. Deyirəm, nə yaxşı oldu. Diana və Xəzər 14 ildir ki bir-birlərini görmürlər. Yəqin görüşsələr bir-birini tanımazlar. (ani süküt)

            Yavər: Nazim necədir? İşi xoşuna gəlir?

            Sona: Allaha şükür hər şey yaxşıdır. Çox sağolun.

(Şuşada hər şey öz qaydası ilə gedir).

 

 

I I hissə

 

 

            Diana həmişə ki, kimi İstanbulun “Taksim” fotoqraf işləyirdi. Bu vaxt iki cavan oğlan cazibədar Dianaya sataşır. Xoşbəxtlidən elə həmin gün Adanadan İstanbula gələn Xəzər Diana işləyən meydana gəlmişdi. Cavan oğlanların biçarə Diananın foto cihazını əlindən almasını görən Xəzər foto cihazı qıza qaytarmalarını tələb edir.

            Oğlanlardan biri: Əgər qaytarmasaq nə olar?

(Bu zaman ara qızışır. Xoşbəxtlikdən yaxınlıqda olan polislərin gəldiyini görən oğlanlar qızın foto cihazını qaytarıb, qaçdılar).

            Xəzər: Özünüzü necə hiss edirsiniz? Hər şey yaxşıdır?

            Diana: Minnətdaram cənab, məni onlardan xilas etdiniz, adım Dianadır. Dostlar məni “Di” çağırırlar. Bəs sizin adınız?

            Xəzər: Adım Xəzərdir. Mənə isə dostlarım sadəcə Xəzər deyirlər. (Hər ikisi gülür)

            Xəzər: Burada çoxdan yaşayırsınız.

            Diana: Burada artıq 14 ildir ki yaşayıram. Moskvada foto və model sənətinin incəliklərini öyrənirəm.

            Xəzər: Fotomodelsiniz?

            Diana: Xeyr, sadəcə model jurnalları üçün modellər çəkirəm.

Xəzər: Elə bil müstəntiqəm. Məni bağışlayın, gələcəyin vəkiliyəm, elə buna görə də təyinatla bura gəlmişəm.

Diana: Xəzər, vəkil olacaqsınız?

Xəzər: Bəli valideynlərimin arzusudur.

(Bu an söhbətə Orhan qoşlur)

            Orhan: Günaydın, sizin söhbətinizə müdaxilə etmirəm ki? (qısqanaraq)

            Diana: Salam Orhan, bu Xəzər bəydir. O, məni tələbə oğlanlardan xilas etdi. Onlar foto cihazımı əlimdən almışdılar. Sağ olsun Xəzər bəy foto cihazımı onlardan geri aldı.

            Xəzər: Çox şadam, vəkiləm, bura təyinatla gəlmişəm.

            Orhan: (Xəzərin sözünü kəsir) Çox təşşəkür edirəm. Sənə nə qədər pul verməliyəm?

            Xəzər: Xeyr, pulunuz mənə lazım deyil. Xanım Diana çətinliyə düşdüyü üçün mən bir centelmen kimi ona kömək etdim.

            Orhan: Elə isə sənə uğurlar.

(Orhan Diananin əlindən kobudcasına tutub, Xəzərdən uzaqlaşdılar)

            Diana: Orhan, sən çox kobud oldun. Gərək, onunla hörmətlə danışaydın.

            Orhan: Yaxşı, səhv etdim. Əzizim, sənə xoş sürprizim var, sən özgə şəxslərlə söhbət edənə, Orhanın sənin üçün Şuşaya bilet aldı. Sən iki həftədən sonra Şuşaya yola düşəcəksən.

            Diana: Bəs sən?

            Orhan: İstanbulda işim çoxdur. Şuşaya beş aydan sonra gəlib, valideynlərindən səni istəyəcəm. Artıq dostum Erdemle danışmışam, səninlə evləndikdən sonra Ankarada yaçayacayıq. Orada sən moda jurnalında işləyəcəksən.

(Orhan Diananı yataqxanaya yola salır. Diana qaldığı otaqda onunla birlikdə rəfiqələri – Berna və İpək qalırlar).

            Diana: Qızlar, sizə iki xəbər deyəcəm.

            İpək: İkincisi yoxsa birincisi yaxşıdır?

            Diana: Birincisi, bu gün mənə tələbə oğlanlar sataşırdılar, sevindiyimə səbəb budur ki, ucaboy, gözəl, enli bədən bir oğlan məni onlardan xilas etdi. Onun adı Xəzər idi. O, bura iki həftəlik təyinatla gəlib.

            Bərna: Di, deyəsən, vurulubsan? Bəs Orhan?

            Diana:  Bərna, nə danışırsan? Mən Orhanı sevirəm, özü də Orhanla beş aydan sonra evlənib, Ankaraya köçəcəyik. Ankarada bir jurnala işə düzəlirəm. Elə ikinci xəbərim bu idi. (əsəbi halda) Yaxşı, qızlar çox yorulmuşam, yuxum gəlir, işığı söndörün yataq.

(Bütün gecəni Diananın gözünə yuxu getmir. O, səhərki hadisələri xatırlayır, Xəzərin onu necə xilas etməsini fikirləşir).

(Artıq iki heftə keçir, Xəzər öz təyinatını alıb, Şuşaya yola düşür. Təyyarədə xilaskarı olduğu Diana ilə rastlaşır).

            Xəzər: Xanım Diana, bu sizsiniz? Siz hara, Şuşaya gedən təyyarə hara?

            Diana: Elə bu sualı sizə ünvanlasam heç də pis olmaz.

            Xəzər: Şuşadanam. Sizin valideynləriniz Şuşanın harasında qalır?

            Diana: Dağın ətəyində, “İsa bulağı” nın yanında. Bəs sizinkilər?

            Xəzər: Elə mənim də valiheynlərin dağın ətəyində qalır. (sevincək halda) Valideynlərinizin adı nədir?

            Diana: Sona və Nazim.

            Xəzər: Siz Sona xalanın qızısınız?

            Diana: (bir anlıq uşaqlıq dostu balaca Xəzər yadına düşdü) Siz də səhv etmirəmsə, Qəmər xalanın oğlu dəcəl Xəzərsiniz.

            Xəzər: Sona xala mənə ikinci ana olub.

            Diana: Elədirsə, gəl “sizsiz” danışaq. Biz bir yerdə böyümüşük.

(Təyyarə yavaş-yavaş hava limanına enir)

            Xəzər: Səni valideynlərin qarşılayacaq?

            Diana: Yox, yəqin ki, maşın tutmalı olacağam.

            Xəzər: Elə isə gəl bir yerdə taksi tutaq, onsuzda yolumuz birdir.

(Xəzər və Diana taksi tutur. Taksidə:)

            Xəzər: Deyəsən, o oğlan nişanlındır?

            Diana: (fikiri dağınıq kimi) Bəli, elədir.

(Xəzər susur. Maşın yavaş-yavaş Dianagilin evinə yaxınlaşır. Məhəllə uşaqları taksinin qabağına qaşırlar. Taksi balaca evin qabağında dayanır. Xəzər taksidə düşüb, taksinin sol qapısını açır və uşaqlıq dostu, 14 il sonra İstanbulda vurulduğu Dianaya kömək edir).

            Diana: Xəzər, yadındadırmı necə bu həyətdə oynayırdıq? Həyətimiz elə bil balacalaşıb.

            Xəzər: Məncə, biz böyümüşük. O vaxtlar bu həyət bizə stadion kimi böyük görünürdü. İndi istərdim, uşaqlığa qayıdım. Uşaqlıq illərinin şirinliyini insan böyüyəndə bilir.

(Bu vaxt Sona işdən qayıdır, qapının qarşısında taksi görüb, təəccüblənir, taksiyə yaxınlaşır, Diananı görüb, sevinir).

            Sona: Evimin dirəyi, gözümün nuru, canım balam axır ki, gəldin. (sevincindən gözləri dolur).

            Xəzər: Ay, ikinci anam, məni görməyinə şadsanmı?

            Sona: Balam Xəzər, əlbətdə şadam. Birlikdə gəlmisiniz?

            Diana: Xəzər və mən indicə bilmişik ki, biz birlikdə dəcəllik etmişik.

            Sona: Necə yani indicə?

            Diana: Anacan, bizi müstəntiq kimi suala tutmusan. Uzun yol dəf etmişik, boğazımız qudur, bizə bir stəkan çay ver, sonra öz suallarını verərsən.

(Gülə-gülə evə daxil olurlar. Sona çay-çörək hazırlayır. Xəzər    və Diana əhvalatı nağıl edir. Axşam düşür. Xəzər saata baxır).

            Xəzər: Türkiyə saatıyla, saat 20.15, deməli bizdə saat 22.15-dir. Artıq gecdir, getməliyəm.

            Sona: Səni yola salmağımı isteyirsən?

            Xəzər: Zəhmət çəkmə. Şuşanın yollarını əlimin içi kimi tanıyıram. (gülümsəyir)

(Xəzər Şuşanın yolları ilə yavaş-yavaş evlərinə yaxınlaşır. Bu vaxt Qəmər uzaqdan Xəzəri görüb, qabağına qaçır).

            Qəmər: Oğul, nəhayət ki, gəldin. Ömrümün mənası. (sevincindən gözü yaşarır).

            Xəzər: Anacan, Sizin üçün darıxmışdım. Hər bir an, hər bir dəqiqə sizi – valideynlərimi fikirləşirdim. Elə vaxt olurdu ki, hər şeyi atıb, yanınıza gəlmək itəyirdim. Sonra isə öz-özümə deyirdim “validenynlərimin arzusunu reallaşdırmalıyam”. (sevincindən qışqırır) Anacan, oğlun vəkil olacaq. (anasını öpüb, qucaqlayır).

            Qəmər: Ay, mənim vəkil balam. Atan və mən sənin üçün yaman darıxmışdıq.

            Xəzər: Bəs atam hanı,

            Qəmər: Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov iş adamları ilə toplantı keçirir. Atan ora gedib.

            Xəzər: İstanbulda Bağırovu diktator kimi tanıyırlar.

(Qəmər oğlunun sözünü kəsir).

            Qəmər: Ay, oğul mənə diktator Mircəfərdən danışma, gələcək planlarından danış.

 

 

 

I I I hissə

 

 

 

(Artıq dörd aydır ki, Xəzər və Diana Şuşada dincəlirdi. Hər ikisi bir yerdə çayda çimir, quş ovuna gedir, vaxtlarını maraqlı keçirirdilər. Günlərin bir günü Xəzər anasının yanına gəlib:)

            Xəzər: Ana, anacan, oğlun eşqə düşüb.

            Qəmər: O bəxtəvər kimdir?

            Xəzər: O, ürəyimin açarının saahibi, yuxularımın qadını Dianadır. Bu qızı çoxdan gözləyirdim.

            Qəmər: (əsəbi halda) Kəs səsini, O qız sənin tayın deyil. Razı olmaramki, gəlinim xidmətçi qızı olsun.

            Xəzər: Ana nə danışırsan? Həmişə Dianaya qızın kimi baxmısan.

            Qəmər: Diananı çox istəyirəm. Ancaq istəmirəm ki, oğlum xidmətçi qızı alsın, aləm bu evliliyə nə deyər?

            Xəzər: Aləm, aləm necə baxır, baxsın. Biz müasir ailəyik. Həmişə deyərdin ki, oğlum kimi seçir-seçsin, təki xoşbəxt olsun. Bəs indi nə oldu?

(Qəmərin gözü dolur, elə bil gözləridən sel gələcək)

            Qəmər: (səsi titrəyərək) O qızla evlənmək olmaz!

(Xəzər evdən sıçrayıb çıxır. Qəmər isə döşəməyə yıxılıb, hönkürə-hönkürə ağlayır. Bu vaxt bağçanı təmizləyən Sona Qəmərin necə ağladığını eşidib, qonaq otağın daxil olur).

            Sona: Xanım, sizə nə olub? Heç vaxt sizi bele ağlayan görməmişdim.

            Qəmər: Faciə, faciə. Evimiz dağılır, qardaş bacını sevir.

            Sona: (özünü itirir) Necə?

            Qəmər: Eşitdiyin kimi, Xəzər Dianaya vurulub.

            Sona: Necə? Bu ola bilməz.

(Sona şok halında Qəməri tərk edib, öz evinə gedir).

 

 

 

 

IV hissə

 

(Qəmər Xəzərə hər şeyi danışmağı qərar verir. Sona ilə birlikdə Xəzər və Diananı meşədə  gəzərkən tutub, hər şeyi onlara nağıl edir. Bir neçə aydan sonra Xəzər Moskvaya köçür. Orada vəkil işləyir. Ancaq O, Moskvada çox qala bilmir, Dianani başından çıxarmaq mümkün olmur, içkiyə qurşanır. Sonda Xəzərin ürəyi dözmür, o, vəfat edir.

Diana isə Orhanla evlənir, Onlar Ankaraya köçürlər. Burada Diana moda jurnallarının birində işə düzəlir. Bir neçə ildən sonra Orhandan övladı olur, adını Dəniz qoyur.

Budur mənim qəhrəmanım “Xoşbəxt” Diana)

SON

2001-ci il.

 

Today, there have been 2 visitors (2 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free