Elçin Səfərli - Lənətlənmiş mənzil
  Əsas səhifə
  Lənətlənmiş mənzil
  ÜNVANSIZ DƏHLİZ
  "Xoşbəxt" Diana
  "Gultəkinin faciəsi"
  "Mələk"
  "Tamahkar piyanocu"
  İlk yazılarım
  Əsl Azərbaycanlı ola bilərikmi?
  İgidlik toxumları
  Abstrakt
  Tarixə BAXIŞ
  ALLAH təkdir!
  İşarələri dərk edirikmi?
  Mən ya DüşMən

Lənətlənmiş mənzil

(Hekayə)

Bu hekayə 29 iyun 2006-cı illdə “MÜHKİMƏ” qazetində dərc olunub.

 

 

 

Gecə yarısı idi. Göyün üzü qapqara qaralmışdı. Gözlənilmədən güclü ildırım çaxdı, hər tərəf işıqlandı. Bir müddət keçəndən sonra tək-tük yağış get-gedə gücləndi. İçimdə vahimə qopdu. Elə bil otaqda tək deyildim, kimsə arxamda var idi. İstədim telefonu götürüb Türkiyəyə-anama  zəng edim, amma nədənsə, telefon işləmirdi. Özümü sakitləşdirməyə çalışdım. Həmişə qorxu hiss edəndə anam mənə şərbət verərdi, tez mətbəxə keçdim, şərbət düzəldib içdim. Səhər  açılmasına iki saat qalırdı. Kresloda oturub bir az mürgülədim.

      Birdən zəngli saat çaldı,dəli kimi kreslodan sıçradım, saata baxdım, saat 06 50 idi, təcrübəm  8.30–da başlayacaqdı.  Qarnım yaman acımışdı. Evdə də yeməyə heç nə yox idi.

     Eyvandan qəribə səs gəldi. Eyvana çıxıb, taxtaların bir qara pişik gördüm, qara pişik öz parlaq gözləri ilə gözlərimə baxdı, gözlərimdə bir küt axrı hiss etdim. Əllərimlə gözlərimi ovdum. Yenidən pişiyə baxmaq istədim. Ancaq pişik elə bil qeyb oldu. Burnuma tezə bişmiş çörəyin iyi gəldi, pəncərədən boylanıb gördüm ki, qonşu binanın zirzəmisində çörək bişirirlər. Əynimi geyinib aşağı düşdüm, çörək bişirilən sexə yaxınlaşıb qapıda duran gözətçi ilə salamlaşdım.

      - Əssalamu əleykum. Mən bura dünən daşındım. Adım Bayhan Şahlıdır.  Bu gözəl məmləkətə Türkiyədən gəlmişəm. Elə acımışam ki, qarnım quruldayır. Bu sexdən çörək ala bilərəmmi?

       - Sabahınız xeyir, xoş gəlmisiniz. Hansı binaya köçmüsünüz?

        - Qarşıdakı binanın 666-cı mənzilinə.

        - Yəqin siz cəsarətlisiniz. Hər adamın cəsarəti çatmaz o adamın mənzilində yaşasın.

        - Nə üçün belə söyləyirsiniz? Mənzilin nömrəsi 666 olduğu üçünmü? Bu sadəcə rəqəmlərdir-666.

        - Nə isə boş ver. Bu saat çörəyi gətirərəm.

   Gözətçi sexdən gözəl panbıq kimi isti çörək gətirdi. Geri dönüb şirin çay və isti çörəklə  səhər yeməyi yedim. Artıq saat 7.43-ü göstərirdi. Yavaş-yavaş toparlanıb təcrübə keçmək zavoda yollandım. Yolda sex gözətçisinin dediyi sözlər barəsində fikirləşirdim. Nəhayət zavoda yaxınlaşanda bir qrup insanı piket keçirməsini gördüm.Yaxınlıqda tut ağacının altında yaşıdlarım dayanmışdı. Nə baş verdiyini öyrənmək üçün  onlara yaxınlaşdım.

      - Əssalamü əleykum. Burada nə baş verir?

     - Heç bir şey işçilər öz halal əmək haqqlarını tələb edirlər.

     - Burada təbələrə təcrübə keçirirməliydi. Yəqin bu gün təxirə salınar?

     - Sizi burada heç vaxt görməmişəm. Deyəsən yeni gəlmisiniz?

      -Bəli, Türkiyədən dünən gəlmişəm. Adım Bayhan Şahlıdır.

      - Çox şadam. Mənim adım isə Çingiz Əlizadədir. Bu birinci tərcübənizdir? Heç tərcübə keçmisiniz?

         -Yox bu birincidir.

        - Narahat olma Vətəninə əsl mütəxəsis kimi qayıdacaqsan. Gəl yataqxanaya qayıdaq. Hava dəhşət istidir.

          - Yox, yataqxanada qalmıram. Bu yaxınlıqda kirayə ev tutmuşam.

         - Kirayə? Nə yaxşı. Burada heç kimin kirayə ev tutmağa imkanı çatmır. Evin yaxınlıqdadır?

          -Yolun qırağındakı çəhrayı bina. Hətda Şərifənin 666-ci mənzili.

          -Nəəə? Dostdum, sən cəsarətlisən ki... O mənzildə bir dəqqiqə belə qalmazdım.

  Yenicə tanış olduğum Çingizdən ayrılıb hamının qorxduğu, kirayə qaldığım  666-cı mənzilə qayıtdım. Qapını açıb evə daxil olarkən məni vahimə basdı. Elə bil bədənimdən soyuq nəsə keçdi. Dünən axşam yatdığım kreslonun üzərində oturub yenicə tanış olduğum Çingiz və gözətçinin sözləri barəsində  fikirləşdim. Gecedən xeyli keçmişdi. Vahimə xofu içimdə hələ sönməmişdi. Kreslodan durdum, ətrafa göz gəzdirdim, hər tərəf səliqəsiz idi. O otqaqda –köhnə jurnallar, kitablar, boş butulkalar və s. lazımsız  əşyalar var idi. Otağı səliqəyə salmaq istədim. Nədən başlamağı qərar verə bilmirdim.Gözüm köhnə sandığın arxasında duran üstü örtülü tabloya sataşdı, elə tablonun üzərindəki parçanı götürmüşdüm ki, mətbəxtdən qəribə səs eşidildi və binanın işıqları söndü. Xoşbəxtlikdən  əşyalarımdan uzaqda deyildim, əlimi çantaya atıb babamın ad günümdə bağışladığı fanarı götürüb, yandırdım. Sonra özümü toparlayıb, nə baş verdiyini bilmək üçün mətbəxə keçdim. Dəhlizdən mətbəxə keçən kimi o qəribə səs yenidən eşidildi, fanarı səs gələn tərəfə tutdum. Eyvandakı həmin pişiyi gördüm. Bu qara pişik öz parlaq gözləri ilə mənə bağdı, birinci dəfəki kimi gözlərimdə küt ağrı hiss etdim, əllərimlə  gözlərimi ovdum, fanar əllimdən düşüb söndü. Qəflətən işıqlar yandı, ətrafa göz gəzdirdim, pişik elə bil qeyb oldu.   Küçədən qışqırıq səsi eşidildi, tez eyvana qaçıb pəncərədən boylandım, küçədən keçən qadını qarət etmişdilər. Bütün qonşular qadını sakitləşdirməyə çalışırdılar. Təxminən yarım saatdan sonra ara sakitləşdi. Elə yorulmuşdum ki, özümü bu iki günü mənə sadiq qalan kreslonun ağuşuna atdım, üstü bağlı qalan tablonu isə unutdum.

           Zəngli saatın səsinə oyandım. Saat 7-yə 10 dəqiqə qalırdı. Durub əl-üzümü yudum, əynimi düzəltdim. Dünənki kimi yaşadığım bina ilə üzbəüz binanın zirzəmisindəki çörək sexinə çörək almağa getdim. Məni cəsur insan adlandıran gözətçi sexin qabağında dayanmışdı.

-          Sabahın xeyr, məhəlləmizin cəsur insanı.

-          Əssəlamü  əleykum, necəsiniz?  yaman acımışam. Eyvandan təzə bişmiş çörəyin iyi gəlirdi.

-          Hə,artıq bişib.... De görüm necəsən? Mənzildən qorxmursan ki?

-          Yox, hərdən içimdə vahimə hiss edirəm. Ancaq özümü ələ almağa çalışıram. Birdə bu qara pişik özü üçün evdə gəzir.  Məni lap təngə gətirib.

-          Hə o pişik cadugər, iblis  Şərifənin pişiyidir. Deyirlər pişik Şərifəni gözləyir.

-          Axı o iblis ölüb?

-          Deyirlər ,ancaq bu belədirmi?

-          Yəni demək istəyirsiniz ki, o, ölməyib?

-          Yox, mən sadəcə camaatın dediyini deyirəm.

-          İstəyirəm Şərifə haqqında danişasınız.

-          Elə sən deyen çox şey danişa bilmərəm. Camaatın ağızinda gəzən dedi-qodunu danışa bilərəm, bu isə həqiqətdən uzaqdır.

-          Bəs cadugar barəsində necə öyrənə bilərəm?

-          Yalnız bir şeyi deyə bilərəm. Hər şeyi Qoca Piri bilir.

-          Qoca Piri kimdir?

      Gözətçi sualımı  cavabsız qoydu. Çörəyi mənə verib sexe qayıtdı və qapıları bağladı. Bir müddət gözətçi oturan stulda oturdum. Sonra məşhur 666-ci mənzilə qayıdıb gözətçinin dedikləri barəsində fikirləşdim. Saat 7.43-ü göstərirdi, təcrübəyə getməliydim. Axır ki, bu gün təcrübə keçirildi. Təcrübədən sonra uşaqlarla razılaşıb gəzintiyə çıxdıq. Sinif uşaqlarını tanımasam da Çingizlə tanış idik. Çingiz məni uşaqlarla tanış etdi. Uşaqların gözündə məni  “cəsur ürək” adlandırdı. Bu gün başıma gələnlərdən ona danışdım. Qoca Pirinin adını çəkmişdim ki, sinif uşaqlarından biri sözümü kəsdi və qocanı tanıdığını bildirdi.  Bu xəbəri eşidən kimi sevincimdən bilmirdim nə edim.

         Nəhayət sabahsı gün sinif yoldaşımla birlikdə Qoca Piri yaşayan yerə getdik. Balaca həyətə daxil olduq. Uzaqdan Piri kişi göründü. Qoca Piri dəstəboy, arıq, uzun saqqallı, əynində yamaqlı şalvar, ağızında siqaret var idi. Yaxınlaşdığımızı görən Piri kişi ayağa durdu və qaşqabaqla bizi süzdü. Başımdakı  papağı  çıxardıb,Qoca pirini salamladım.

   -  Əssalamu əleyküm. Sizi bir məsələyə görə narahat edirəm.

            Bütün başıma gələn əhvalatı qocaya nağıl etdim. Qoca Piri əhvalatı dinləyib  fikirli-fikirli mənə bağdı və dedi:

 - Cavan oğlan, sən hələ gəncsən. Başını bu cür qəliz məsələlərlə ağrıtma. Bil ki, sən o lənətlənmiş mənzil–dən  çıxmalısan. Yoxsa, sən Şərifənin və onun pişiyinin lənətinə tuş gələcəksən.

 - Xeyr, heç də siz deyən kimi deyil. Mən heç bir şeydən qorxmuram. Ya hər şeyi mənə danışacaqsınız, ya da özüm hər şeyi araşdıracağam...

 - Ax... bu gənclər... bu gənclər. Sən həyatımda gördüyüm ən inadkar gəncsən. Yaxşı, qulaq as.

        Piri kişi mətbəxə keçib hər üçümüzə çay süzdü. Rahat olsun deyə döşəkçəni stulun belinə qoyub söykəndi və söylədi:

 - Əhvalat belədir. Valideynlərimlə bura yenicə köçmüşdük. Hələ heç kəsi tanımırdım. Təbii ki, indi necə o vaxtlar da yenicə məhlləyə köçən uşağı dövrəyə alırdılar, məni də dövrəyə aldılar.Uşaqların məni  dövrəyə almasını görən atası bizə yaxınlaşdı. Məni uşaqlardan xilas etdi. Sonra biz tanış olduq. Həmişə dərsdən sonra Şərifəgilə gedib dərslərimizi birlikdə hazırlayardıq. Günlərimizi şən, maraqlı keçirərdik. Atası və Şərifə mənə çox yaxın idilər.

 - Bəs anası?

 - Anasını tanımırdım. Onlara gedəndə anası qaranlıq otaqdan çıxmazdı. Həmişə Şərifədən anası barədə soruşand, sadəcə-anamın işığa qarşı xəstəliyi var–deyirdi. Camaatın ağızında gəzən dedi-qoduya görə guya Şərifənin anasının bədəninə şeytan girdiyi üçün insanlara saldırmasın deyə atası qaranlıq otağa killidləmişdi.

 - Bəs Şərifə necə oldu ki, cadugar, iblis oldu?

 - Şərifə yeniyetməlik dövrünə  çatanda atası ilə birlikdə  avtomobil qəzasına düşdü. Atası dünyasını dəyişdi. Şərifə isə ağır yaralandı. Bir müddətdən sonra Şərifə xəstəxanadan qaçırıldı. Polislər şəhəri alt-üst etdi. Ancaq bu axtarışların nəticəsi olmadı.

  - Bəs anası? Anası nə etdi?

  -  Bu hadisədən sonra anası özünü asdı.... Uzun zaman keçdi . Şərifə itkin e`lan edildi. Günlərin  bir günü məhəlləyə qara “Volqa” girdi və bir qız  uşağı maşından düşdü. Bu qız Şərifə idi.  Qonşular Şərifənin başına yığılıb, nə baş verdiyini soruşdular. Amma o, heç kimi tanımadı və həmişə yaşadığı mənzilə qaçdı. Sonra qonşular bu yazıq qıza yemək apardılar, lakin o, qapını açmadı.

  - Piri əmi, sizcə, Şərifə və anasının özlərini aparmasında oxşarlıq varmı?

  - Bəli, oğul  var. Bir məsələ çox maraqlıdır. O zamanlar anamın rəfiqələri danışardılar ki, Şərifə təzə anadan olduqdan sonra Şərifənin anası bir müddət yoxa çıxır.  Polislər onu axtarır, ancaq tapa bilmirlər.  Qəflətən  məhəllədə qara “Volqa” peyda olur və Şərifə kimi anasıda  maşından düşüb evə qaçır. Şərifə kimi o, da heç nə danışmırdı, heç  nə yemirdi.

  - Piri əmi, çox maraqlıdır. O qara “Volqa” haradan gəlir? Nə üçün şəhər polisi bu şəxsləri tapa bilmir?        

  - Oğul, mənə də maraqlıdır. Bax, bildiyim bu qədərdir.

  - Piri əmi, Şərifə necə öldü?

  - Şərifə balıq tutmağı çox sevirdi, Həmişə dənizə gedər  balıq tutardı. Bütün balıqçılar onu yaxşı tanıyardı. Günlərin bir günü Şərifə balıq tutmaq üçün  qayıq ilə dənizə çıxır. Güclü külək əsirdi. Balıqçı dostları Şərifəyə dənizə çıxmamağı məsləhət görür. Ancaq o, inadkarlıq göstərir, küləkli havada dənizə çıxırn. Hündür dalğa qayığı aşırdır. Şərifə dənizdə boğulur. Hava pis olduğu üçün  xilasetmə işləri təxirə salınır.

  - Bəs Şərifənin mənzilindəki qara pişik?

  -  Şərifə qara magiya ilə məşğul idi. Deyilənə görə bu pişiyi ona şeytanın özü göndərmişdi.  O, bu pişiyin tüküdən cadu edirdi. Pişik hələ də sahibəsinin yolunu gözləyir.

         Söhbətimizin şirin yerində həyətin darvazası açıldı. Dolu bədənli oğlan qaça-qaça həyətə girib, Şərifənin mənzilinin yanmasını söylədi. Cəld stoldan qalxıb ora qaçdım. Artıq çox gec idi, hər şey yanıb külə dönmüşdü.

          Halsızlıqdan  ayağlarımda ağrı hiss etdim. Səkinin üzərində oturdum, qonşular başıma toplaşdı. Gözüm qarşı səkidə dayanan həmin o qara pişiyə sataşdı. Axırıncı dəfə pişik öz parlaq gözləri ilə mənə baxdı və dönüb quyruğunu tərpədə-tərpədə gözdən itdi.

 

                                                                                                                                    15 iyun 2006

                

                                                            

 

 

 

 

 

 



Today, there have been 1 visitors (2 hits) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free